- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Qəbələ”nin yarımmüdafiəçisi Fakundo Pereyra qışda bu klubdan ayrılacaq. Allsport.az xəbər verir ki, argentinalı futbolçu vətəninə qayıtmağa hazırlaşır.
Fakundo “Qəbələ”də icarə əsasında çıxış edir. O, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. Azərbaycan klubu futbolçunu 1 illik icarəyə götürmüşdü. Amma Argentinanın “Rasinq” klubu Pereyranı heyətində görmək istəyir. Bunun üçün Argentina çempionatının hazırkı lideri onu Yunanıstan klubundan almağa hazırlaşır.
Belə olan halda Fakundo “Qəbələ”də mövsümün sonunadək qala bilməyəcək və bu qış vətəninə üz tutacaq. “Rasinq”in artıq futbolçunun özü ilə razılığa gəldiyi bildirilir. Bu məsələdə son sözü isə PAOK deyəcək. (Goal.com)