- Baxış sayı: 112
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

“İnternasional”ın sağ cinah müdafiəçisi Fabrisio Bustos karyerasını “Krasnodar”da davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı futbolçunun transferi Rusiya klubu üçün prioritet məsələdir.
O, 2022-ci ilin fevralında 1,25 milyon avroya “İndependyente”dən “İnternasional”a keçib. Bu mövsüm argentinalı 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Transfermarkt onun dəyərini 7 milyon avro qiymətləndirir.