Arif Rəhimov: Avtoidman azarkeşlərini, musiqisevərləri indidən biletləri əldə etməyə çağırıram

Sem Smit Azərbaycan qran-prisi çərçivəsində aprelin 27-də axşam “Büllur” sarayda konsert verəcək. Allsport.az saytı xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov britaniyalı məşhur müğənninin Bakıya gəlişi ilə bağlı bildirib:

“Formula1 Azərbaycan qran-prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Sem Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici ordusu cəlb edib.

Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Sem Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək. Buna görə də bütün avtoidman azarkeşlərini və musiqisevərləri indidən biletləri əldə etməyə və aprelin 26-28-də pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram”.

Həmin kateqoriyadan