Arif Rəhimov: Bakı gözlənilməz yarışların məkanı ünvanını daha güvvətləndirib

Bakı Şəhər Halqası əməliyyat şirkəti növbəti Azərbaycan qran-prisi üçün biletləri bu gündən əldə etmək mümkün olacağını elan edib. Allsport.az saytı xəbər verir ki, BŞH-nın icraçı direktoru Arif Rəhimov yenidən möhtəşəm yarış həyəcanı yaşamaq istəyən Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırıb:

“4-cü Formula1 yarışı üçün biletlərin satışa çıxarıldığını elan etməkdən böyük məmnunluq duyuruq. Hər il yarış üçün Bakıya səfər edən azarkeşlərin gəlişini yüksək qiymətləndiririk və inanırıq ki, ilkin endirim kampaniyası yerli sakinlərlə yanaş xarici vətəndaşları da biletləri mümkün olduqca tez bir zamanda əldə etməyə təşviq edəcək.

Əvvəlki illərdə olduğu kimi ötən ildə də son zamanların ən möhtəşəm Formula1-ə ev sahibliyi etdik və bununla da, Bakı gözlənilməz yarışların məkanı ünvanını daha güvvətləndirib. 2019-cu ilin Azərbaycan qran-prisində də gözlənilməyənləri gözləməyə davam edirik! Fürsətdən istifadə edərək bütün F1 azarkeşlərini endirim kampaniyasından tezliklə yararlanmağa dəvət edirəm”.

 

Həmin kateqoriyadan