Arif Rəhimov: Bu qrupun gəlişi ən mükəmməl seçimdir

Məlum olduğu kimi, Formula1 Azərbaycan mükafat yarışının ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Allsport.az saytı xəbər verir ki, BŞH-nin icraçı direktoru Arif Rəhimov hadisəyə belə münasibət bildirib:

“Azərbaycan qran-prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını edəcək Jamiroquai qrupunu Bakıda qarşılayacağımız üçün çox şadıq. Dünyada özünəməxsus səsi və yüksək enerjili perfomansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan xüsusiyyətlərə malik belə qruplardan biridir və onun özü həm də avtomobillər üzrə böyük həvəskardır.

Bu qrupun gəlişi yarış həftəsonunun bütün iştirakçıları üçün ən ideal seçimdir və Bakıda sayca üçüncü dəfə keçiriləcək Formula-1 yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə tələsin. Həqiqətən də builki yarış həftəsonu çox fərqli olacaq”.

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından “Büllur” saraya tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı Bulvar boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonundan hərtərəfli zövq ala biləcəklər.

Həmin kateqoriyadan