Arif Rəhimov: FOM-la müqavilənin artırılmasında maliyyədə ortaq məxrəc axtarırıq

Yayda Azərbaycan qran-prisinin promouterləri FOM-la müqavilənin artırıb-artırılmamasına baxacaqlar. Allsport.az saytı xəbər verir ki, 5-illik anlaşma 2020-ci ilə sona çatır. Sözləşmədə 5+5 göstərilib. Belədə, Azərbaycan tərəfi müqaviləni daha 5 il uzada bilər. Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib ki, təşkilatçılar yarışın keçirilməsinin maliyyə ödənişini aşağı salınmasını çalışırlar:

“Müqavilənin uzadılması ilə bağlı müzakirədə, pul məsələsi önə çəkiləcək. Bir tərəfdən, biz ötüşmənin gələcəkdə də keçirilməsini istəyirik. Digər yandan anlayırıq ki, çöx ödəyirik, yəqin, ödəməli olduğumuzdan. Bu üzdən, ortaq məxrəc axtarırıq.

Fikrimcə, Formula1 bizə çox şey verdi, çox maraqlı layihə idi, tək Azərbaycana yox, bildiyim qədər, elə F1-in özünə də. Azarkeşlər ötüşmələri sevdilər. İldən-ilə yarışa baxmağa gələnlərin sayı artır. İnsanlara Bakının Formula1 təqvimində yer alması xoş gəlir. Biz şadıq ki, bu qran-prini keçiririk. Turuzmi nəzərə alanlar təxmin ediblər ki, il 3-4 ildə bu inkişafa çox effekt verir, nəinki sonrakı illərdə”.

 

Həmin kateqoriyadan