Arif Rəhimov: Formula-1-də uğur qazanmışıq və bundan sonra bu istiqamətdə irəliləyəcəyik

“Bakıda keçirilən ilk formula-1 televiziyada təqdimatı, şəhərimizi və ölkəmizi necə təqdim etməyimiz, bu beynəlxalq yarışların təqvimində bizim yürüşün nüfuzunun artmasına təsir göstərib”. Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan qran-prisinin promouteri Arif Rəhimov Bakı-Moskva-Astana-Tbilisi videokörpüsü zamanı bəyan edib.

O, Formula-1-in 2017-ci il təqviminə görə, Bakı küçələrində yürüşün tarixi bir həftə qabağa çəkildiyini qeyd edib. Yəni ötüşmə iyunun 23-25-də keçiriləcək. Bu, 24 saatlıq “Le-Man” marafonu ilə eyni vaxtda keçirilmənin qarşısını alacaq. Bundan əlavə, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən elan edilmiş təqvimin səkkizinci mərhələsinin adı dəyişdirilərək, rəsmi olaraq formula-1 Azərbaycan qran-prisi adlandırılıb.

Arif Rəhimov sonda bunu əlavə edib: “Biz formula-1 Avropa qran-prisinin ölkəmizdə keçirilən mərhələsinin adını dəyişdirərək, Azərbaycan qran-prisi adlandırmaqla, bu yarışın məhz Azərbaycanda keçirilməsi barədə insanlara mesaj göndəririk. Əvvəlcə özümüzü Avropa ölkəsi kimi təqdim etmək ideyası vardı, sonradan dəqiqləşdirmək istədik ki, bu Avropa ölkəsi Azərbaycandır və o, xəritədə məhz bu nöqtədə yerləşir. Düşünürəm ki, müvəffəqiyyət əldə etmişik və bundan sonra da bu istiqamətdə irəliləyəcəyik”.

Həmin kateqoriyadan