- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Britaniyanın “PricewaterhouseCoopers” agentliyi ilə Azərbaycan mükafat yarışının 4 il ərzində əldə edilən iqtisadi səmərənin 506 milyon dollar olması qənaətinə gəlib. Allsport.az saytı xəbər verir ki, bu halda birbaşa xərclər təxminən 300 milyon dollar olub.
Formula1 qran-prilərində ən çox mənfəət götürən turizm, nəqliyyat, mehmanxanalar və qidalanma ilə bağlı şirkətlər olub. Hər il əsasən gənclər üçün nəzərdə tutulan 7500-ə yaxın müvəqqəti iş yeri yaradılıb. Gənclər iri beynəlxalq idman tədbiri keçirilməsi sahəsində təcrübə qazanıblar.
Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov bu barədə deyib: “Biz həmişə vurğulamışıq ki, Formula1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır. Qran-pri iqtisadi, sosial və mədəni dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilməli, sakinlər və əməkdaşlar üçün yeni imkanlar yaratmalı idi. Beləliklə, son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik”.