- Baxış sayı: 23
- 25 Noyabr 2024 10:13
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ” daha 2 transfer həyata keçirib. Allsport.az xəbər verir ki, ötən mövsüm “qızıl dubla”a imza atan, ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsində iştirak edəcək Ağdam klubu transfer pəncərəsinin son günündə 2 keçidi rəsmiləşdirib.
“Qarabağ”ın ilk transferi Samuel Kristian Nunez Yansson Armenterosdur. 25 yaşlı futbolçunun son klubu Hollandiya təmsilçisi “Villem II” olsa da “Anderlext”ə məxsusdur. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasında 29 oyunda 11 qol vurub. Daha öncə “Feyenoord”un da formasına geyinən forvardla 2 illik müqavilə bağlanılıb.
“Qarabağ”ın digər transferi isə Migel Markos Maderadır. İspaniyalı yarımmüdafiəçinin sonuncu klubu “Makkabi” (Hayfa) olub. Karyerasına “Sportinq”də (İspaniya) başlayan 29 yaşlı futbolçu “Birmingem”in ardından AEK-ə keçib. Markos karyerasının ən yaxşı dönəmini ölkəsində “Xetafe”də keçirib. 3 il La liqada oynayan “Mişel” ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib.
Hər 2 futbolçuyla 2 illik müqavilə bağlanılıb. Adıçəkilən futbolçuların adları Avropa Liqasına göndərilmiş siyahıya salınıb.
Qeyd edək ki, 3 cəbhədə mübarizə aparan “Qarabağ” daha bir transferi reallaşdırmaq ərəfəsindədir. Ağdam klubu Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, tərəflərdən asılı olmayan səbəblərdən dolayı transfer gecikir. Amma Dimitrovskiylə müqavilə bağlanması istisna deyil.