“Arsenal” sevdası istefa ilə nəticələndi

“Tottenhem” baş məşqçisi Tomas Frankı istefaya göndərib.

Allsport.az xəbər verir ki, bu qərarda komandanın uğursuz nəticələri ilə yanaşı, mütəxəssisin əzəli rəqib “Arsenal”a olan qəribə heyranlığı da mühüm rol oynayıb.

Danimarkalı məşqçinin tez-tez “topçular”ın oyununu nümunə çəkməsi və rəqibin gücünü qabartması futbolçuları qıcıqlandırıb. Hətta onun “Arsenal” loqolu fincanla görüntülənməsi də narazılığı artırıb.

Hazırda premyer liqada 16-cı pillədə qərarlaşan “Tottenhem” ardıcıl 8 oyundur qələbə qazana bilmir. Daxili çempionatdakı uğursuzluğa rəğmən, komanda çempionlar liqasında 1/8 finala yüksəlməyi bacarıb.

Həmin kateqoriyadan