“Mançester Siti”dən ayrılır

“Mançester Siti”dən ayrılır

“Lids” klubu “Mançester Siti”nin qapıçısı Ceyms Traffordu yayda transfer etmək üçün 35 milyon avro ödəməyə hazırdır.

Allsport.az xəbər verir ki, 23 yaşlı qolkiper “şəhərlilər”in heyətinə 2025-ci ilin yayında qayıtsa da, müntəzəm oyun təcrübəsi qazana bilmir və bu mövsüm premyer liqada cəmi 3 matçda iştirak edib.

Onun Mançester təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olsa da, əsas heyətdə yerini itirdiyi üçün yay transfer pəncərəsində klubunu dəyişməyə yaxındır.

Həmin kateqoriyadan