- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Futbol üzrə İngiltərə super kubokunun qalibi bəlli olub. Allsport.az saytı xəbər verir ki, həlledici qarşılaşmada “Mançester Siti”yə qalib gələn “Arsenal” titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə “şəhərlilər”dən Koul Palmer vurub. “Topçular” 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə hesabı bərabərləşdiriblər.
Qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.
“Mançester Siti” ötən mövsüm premyer liqa, İngiltərə kuboku və çempionlar liqasının qalibi olub.