- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

İtaliyanın klubları “Bolonya”nın hücumçusu Coşua Zirkzenin transferi üçün mübarizəni dayandırıblar.
Allsport.az xəbər verir ki, “İnter”dən sonra “Milan” və “Yuventus” da niderlandlı futbolçunu transfer etməkdən imtina edib.
Zirkze uğrunda mübarizədə favorit “Arsenal”dır. İtaliya klubları maddi cəhətdən İngiltərə təmsilçisi ilə rəqabətə girmək şanslarının olmayacağını hiss edirlər. “Bolonya” Zirkze üçün 50 milyon avro təzminat tələb edir.