“Arsenal”ın təkrar emal edilmiş materiallardan hazırlanmış yeni forması

Allsport.az xəbər verir ki, “Arsenal” qarşıdan gələn mövsüm üçün səfər formasını açıqlayıb.

London klubu “adidas”ın hazırladığı formanı nümayiş etdirib. 2023/24 mövsümündə “topçular”ın futbolçuları səfər matçlarını qara zolaqlı və xallı sarı formada keçirəcək. Klubun və sponsorlarının loqoları mavi rəngdədir. 

Bu dəst Londonun “Emirates” stadionunun yerləşdiyi İslinqton şəhərinin xəritəsindən ilhamlanıb. 

100 faiz təkrar emal edilmiş materiallardan hazırlanmış dəst “adidas”ın plastik tullantılarla mübarizə üçün həllərindən biridir.

 

Həmin kateqoriyadan