- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Rubin”in və Ermənistan yığma komandasının yarımmüdafiəçisi Uqoçukvu İvu 2025/26 mövsümünün sonuna qədər sıradan çıxıb.
Allsport.az xəbər verir ki, yığmanın baş məşqçisi Yeqişe Melikyan 26 yaşlı futbolçunun ağır zədə almasından ciddi narahatlığını ifadə edib. Ötən ilin noyabrından bəri yaşıl meydanlardan uzaq qalan İvu fevralın 9-da əməliyyat olunub.
“Rubin”in baş məşqçisi Frank Artiqa futbolçunun bərpa müddətinin qeyri-müəyyən olduğunu bildirsə də, milli komandanın rəhbərliyi onun bu mövsüm bir daha oynamayacağını təsdiqləyib.
2023-cü ildən Qazan təmsilçisində çıxış edən yarımmüdafiəçi cari mövsümdə 19 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.