- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Turan Tovuz” premyer liqada 50-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, qərb təmsilçisinin yubileyi premyer liqanın XXIII turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.
50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.
2022/23 mövsümündən premyer liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.