“Arsenal”ın ulduzu şayiələri yalanladı

“Arsenal”ın hücumçusu Kay Haverts London klubundakı gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə son qoyub.

Allsport.az xəbər verir ki, almaniyalı futbolçu “topçular”dan ayrılmaq niyyətində olmadığını və özünü komandanın vacib hissəsi hesab etdiyini bildirib:

“Düzünü desəm, “Arsenal”dan mümkün gedişim barədə heç nə eşitməmişəm. Burada özümü evimdəki kimi hiss edirəm. Düşünürəm ki, komandada da hamı məndən razıdır. Bəli, bu, mənim üçün asan mövsüm deyil, lakin gələcəyimi mütləq “Arsenal”la bağlayıram”.

Kay Haverts 2023-cü ildən “Arsenal”da çıxış edir.

Həmin kateqoriyadan