- Baxış sayı: 25
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“44 yaşda 44 gün davam edən müharibə sonrası qismətdə möhtəşəm Zəfərin 1-ci ilini qeyd etmək də var imiş. Qalib dövlətin vətəndaşı, qalib xalqın nümayəndəsi olmaq hissini yaşamaq da alnımıza yazılıb”.
Allsport.az xəbər verir ki, bu sözləri vətən müharibəsində iştirak etmiş “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov 8 noyabr – Zəfər günü haqqında şəxsi feysbuk hesabında yazıb.
Nəcəfov, Zəfər gününün onun üçün çox önəmli olduğunu bildirib:
“Bu, bütün günlərdən – doğum günündən, istənilən digər bayram günlərindən daha əzizdir. Arxada qalan 1 il yaşadıgım 44 ilin ən şərəfli və qürurlu ilidir. Allah şəhidlərimizin məqamını uca etsin, qarşılarında baş əyirəm. Əks-hücüm əməliyyatının başlanma əmrini verən ali baş komandanla, bütün qəhrəman zabit və əsgərlərimizlə, qısa vaxtda bir yumruq olmağı bacaran xalqımızla fəxr edirəm, qürur duyuram. Artıq hər bir azərbaycanlı üçün müqəddəs sayılan qələbə günü münasibəti ilə hamınızı təbrik edirəm”.