- Baxış sayı: 8
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
AFFA-nın inzibati binasında I və II Liqanın püşkatma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Peşəkar futbol liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, liqalarda iştirak edəcək klubların rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Açılış sözü ilə çıxış edən Aslan Şahgəldiyev komandalara verilən tapşırıqları, hazırlıq məsləhət və tövsiyələrini peşəkarcasına icra etməyə çalışdıqlarına görə təşəkkür edib. Xüsusən ilk dəfə keçiriləcək II liqa komandalarının yanaşması haqda xoş təəssüratlarını bölüşən Şahgəldiyev bu çempionatın ehtimal olunan bütün çatışmazlıqlarına rəğmən Azərbaycan futboluna yeni adlar, klub rəsmilərinə yeni təcrübələr qazandıracağına ümid etdiyini bildirib.
Ardından söz alan Elgiz Abbasov liqaların keçirilmə qaydaları, futbolçu qeydiyyatı, infrastruktur və digər məsələlər barədə məlumat verib. Bütün məqamlar diqqətə çatdırıldıqdan sonra püşk atılıb. Beləliklə I və II liqanın ilk turunda qarşılaşacaq komandalar bəlli olub.
I Liqa
“Difai Ağsu” – MOİK
“Zaqatala” – “İrəvan”
“Karvan” – “Mingəçevir”
“Qaradağ Lökbatan” – “Şamaxı”
“Araz Saatlı” – “İmişli”
II Liqa
“Ağdaş” – “Şahdağ Qusar”
“Baku Sportinq” – “Şəfa Baku”
“Sheki City” – “Dinamo”
“Lerik” – “Qusar”
“Şəmkir” – “Kür-Araz”
“Füzuli” – “Cəbrayıl”
“Göygöl” – “Kürmük Qax”