Asensio getmək istəmir

Premyer liqa klubları “Real Madrid”in yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır.

Allsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini “Aston Villa”nın baş məşqçisi Unai Emeri və tezliklə “Barselona”dan “Birmingem “klubuna keçəcək direktor Mateu Alemani öz komandalarında görmək istəyirlər.

Asensionun müqaviləsi yaya qədərdir və onun fikri “Real Madrid” ilə müqaviləni uzatmaqdır. Hər iki tərəfin başlatdığı danışıqlar bu istiqamətdə gedir.

Asensio bu mövsüm la liqada 27 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib. 

Həmin kateqoriyadan