- Baxış sayı: 65
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

Ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirən PSJ-nin yarımmüdafiəçisi Marko Asensio yenidən icarəyə göndərilə bilər.
Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçunu icarəyə götürməkdə “Fənərbağça” maraqlıdır.
İstanbul təmsilçisi üçün əsas maneə Markonun yüksək maaşıdır. O, illik 13-14 milyon avro qazanır.
“Fənərbağça” artıq PSJ-dən Asensio-nun maaşının bir hissəsinin ödənilməsini xahiş etsə də, hələ ki, rəsmi təkliflə çıxış etməyib.