- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avstriyanın paytaxtı Vyanada Avropa klublar birliyinin 29-cu assembleyasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, iclasda səsləndirilən fikir, edilən müzakirə barədə bunu söyləyib:
“Tədbirdə qitələrin ali futbol qurumlarının rəhbərləri, FIFA-nın vitse-prezidenti və klub nümayəndələri iştirak edirdi. Toplantıda UEFA-nın prezidenti Aleksandr Çeferin və Avropa klublar birliyinin rəhbəri Nasser Əl-Xələfinin çıxışları oldu. UEFA və klublar birliyi arasında dərinləşən əlaqələr yaranır. Klub turnirlərinin təşkilində, UEFA prezidentinin də dediyi kimi, Klublar Birliyinin təklifləri əsasında qərarlar verilsin. Bu da çox sevindirici haldır.
ECA-nın ildə iki iclası keçirilir. Bu, 2022-ci ilin ilk toplantısı idi. İkincisi isə sentyabra nəzərdə tutulub. Budəfəki mövzu 2024-2027-ci illəri əhatə edəcək dövrün mövzuları idi. Toplantıda UEFA-nın yeni turniri – konfrans liqası barədə müzakirələr oldu. Bu turnir gözlənildiyindən daha effektli alındı. Çünki şübhələr var idi ki, yarış gözləntiləri doğrultmayacaq. Ancaq konfrans liqasının göstəriciləri Avropa liqasından aşağı olmadı. Bu baxımdan sevindirici məqamdır ki, yarış özünü doğrultdu və yerini tutdu.
Digər müzakirə olunan məsələ isə 2024-2027-ci illərdə UEFA-nın klub turniri yarışlarının qrup mərhələsinin fərqli sistemdə keçirilməsi oldu. İndiki kimi 4 komandalı qrupların deyil, qarşılaşmaların İsveçrə sistemi ilə təşkil edilməsi müzakirə edildi. Məsələn, bir komanda digər komanda ilə ev-səfər prinsipi ilə oynamayacaq. Bizim kimi ölkələr üçün vacib olan məqam budur ki, turnirlərdə klub sayını artırmaq istəyirlər. Hazırda hər turnirdə 32 komanda mübarizə aparır, bu sayın isə 36-ya yüksəldilməsi müzakirə edilir. Əlbəttə, müzakirələr yeni başlayıb və sual doğuracaq məqamlar çoxdur. Növbəti iclaslarda bu, daha detallı olacaq”.