Aslan Şahgəldiyev: Premyer liqanın səviyyəsi yüksəlib

Bu gün Azərbaycan premyer liqasında yeni mövsüm üçün püşkatma keçirildi. Allsport.az saytı xəbər verir ki, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev ötən rəqabəti belə dəyərləndirdi:

“Bu mövsüm çempionat daha baxımlı və rəqabətli olacaq. Klublar yaxşı təlim-məşq toplanışı keçirlər və heyətlərini xeyli gücləndiriblər.

Hiss olunur ki, səviyyə artıb. Bunun əsası ötən mövsüm qoyuldu. Uzun müddət sonra idman prinsipi qorundu: sonuncu yeri tutan komanda aşağı dəstəyə, 1-ci divizionda qalib klub premyer liqaya yüksəldi.

Bu olmasaydı, keçən çempionata 3-cü dövrədən sonra maraq olmayacaqdı. Çünki ilk 3 yerin sahibləri bilinirdi. 4-cü sıra uğrunda mübarizə “Qəbələ” və “Zirə” arasında gedirdi. Autsayderlər də məlum idi”.

Yeni mövsümə avqustun 4-ündə start veriləcək.

Həmin kateqoriyadan