- Baxış sayı: 26
- 29 Mart 2026 21:40
- Baxış sayı: 146
- Mart 29, 2026
- 0

Yanvarın 14-dən etibarən Antalyada toplanışa start verən “Səbail” bu gün ilk yoldaşlıq görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, Qazaxıstanın “Kyran” klubu ilə yerli vaxtla saat 17:00-da start götürən qarşılaşma 20 Yanvar şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb.
Birinci hissədə hesabı ilk olaraq rəqib açıb. Taleh Babayevin qoluyla hesabı bərabərləşdirən komandamız Bayram Budaqovun qoluyla hesabda 2:1 irəli keçib. Fasilədə 10 oyunçu əvəzetməsi reallaşdıran aslanlarımız sonda 2:4 hesabıyla məğlub olublar. “Səbail” növbəti yoldaşlıq görüşünü yanvarın 24-ü keçirəcək. Rəqibin adı hələ ki bilinmir.