- Baxış sayı: 27
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

“Qalatasaray”, Fil Dişi Sahili millisinin dayaq yarımmüdafiəçisi Vilfrid Zaha ilə bağlı danışıqlara başlayıb. Allsport.az saytı xəbər verir ki, o bu yay “Kristal Pəlas”dan ayrıldıqdan sonra azad agent olub. Ötən mövsüm 28 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
30 yaşlı vinger karyerasına elə “Kristal Pəlas”dan başlayıb. Bu klubda 458 oyun keçirib və 90 qol vurub. 2013-cü ildə “Mançester Yunayted” tərəfindən alınsa da, cəmi 4 oyun keçirərək, heyətdə yer ala bilməyib.