“Aslanlar”ı yaxından tanıyaq

“Qarabağ”ımız çempionlar liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək. Allsport.az saytı rəqib haqda məlumatı təqdim edir:

Danimarkanın ən titullu klubu olan  “Kopenhagen” 1992-ci ildə yaradılıb. 12 dəfə Danimarka Superliqasının qızıl medallarını qazanan rəqibimiz 8 dəfə  ölkə kuboku və 3 dəfə də Danimarka super kubokunun qalibi olub. Rəqibimiz avrokubokların qrup mərhələsində (4 dəfə çempionlar liqası, 6 dəfə Avropa liqası)  ən çox iştirak edən Danimarka klubudur. 2010/11-ci illər mövsümündə “aslanlar” çempionlar liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın 1/16 finalına vəsiqə qazanaraq klub tarixində ən böyük uğurunu qazanıb. UEFA klubların reytinq cədvəlində rəqibimiz Skandinaviya ölkələri içərisində ən yüksək xala malikdir.

“Kopenhagen” ev oyunlarını 38 min 65 nəfərlik “Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində  legioner çıxış edir (4 isveçli, 2 serbiyalı, 1 norveçli, 1 kiprli, 1 sloveniyalı, 1 slovakiyalı, 1 paraqvaylı və 1 çexiyalı). Komandaya  Stale Solbakken başçılıq edir. Klubun prezidenti isə Bo Riqarddır.

Bu il çempionlar liqasın 2-ci ələməsindən mübarizəyə başlayan “Kopenhagen” Slovakiyanın “Jilina”(3:1, 1:2), daha sonra isə Makedoniyanın “Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdıraraq pley-off-a vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın “aslanlar”la ilk oyunu 15-16 avqustda Bakıda, cavab qarşılaşması isə 22-23 avqustda səfərdə keçiriləcək.

Həmin kateqoriyadan