“Aslanlar”ın başı dərddə

Yay transfer dönəmində “Qalatasaray”ın heyətinə qatılan Yusif Dəmirlə bağlı çılğın inkişaf yaşanıb. Allsport.az saytı xəbər verir ki, “sarı-qırmızılılar”ın bu transferdə lazımi öhdəlikləri yerinə yetirmədiyi bildirilib. Gəldiyi gündən heyətdə yer tapmaqda çətinlik çəkən gənc futbolçu, 77 dəqiqə ərzində cəmi 5 liqa matçında iştirak edib.

Xüsusilə, legionçu həddinə fürsət qazana bilməyən Yusif, ölkə kubokunda “Kastamonuspor” ilə qarşılaşmada 63 dəqiqə oynayıb. “Qalatasaray”ın 6 milyon avro verərək “gələcək sərmayə” olaraq gördüyü yarımmüdafiəçi, eyni mövqedə çıxış edən Nikolo Zaniolonun gəlişi ilə daha çox mübarizə aparmalı olacaq.

Ondan lazımınca yararlana bilməyən “aslanlar” Avsrtiya əsilli gənc futbolçunu icarəyə vermək istəyir. Ancaq bu mövsüm “Rapid” və “Qalatasaray”da qeydiyyatdan keçən və çıxış edən Yusufun Türkiyədə 3-cü komandada oynaya biləcəyi maraq doğururdu.

Mövsümün əvvəlində “sarı-qırmızılılar”a qoşulan Yusifin keçmiş klubu Vyana “Rapid” ödənişini ala bilmədiyi səbəbindən, xəbərdarlıq məktubu göndərdiyi iddia edilib. Bu barədə UEFA və Türkiyə futbol federasiyasının məlumatlandırıldığı bildirilib.

Həmin kateqoriyadan