“Astana” ilə görüşdə azərbaycanlı futbolçular sonadək meydanda olub

Türkiyədə olan “Krılya Sovetov” yoxlama oyununda Qazaxıstan “Şaxtyor”u ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, rusiyalılar Qaraqanda təmsilçisinin qapısından 3 cavabsız top keçirib. Millisinin hücumçusu Ramil Şeydayev görüşün iştirakçısı olmayıb.

Onun adı iştirak ərizəsinə də daxil edilməyib. Əvəzində, həmyerlimiz “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” ilə axşam matçında startda yer alıb.

Bu mübarizədə qapılara qol vurulmayıb. Qış fasiləsində “Krılya Sovetov”a keçən başqa bir azərbaycamlı futbolçu, Aleksandr Səmədov da əvəzedilmədən oynayıb.

Həmin kateqoriyadan