- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
FİA və FOM yeni motor reqlamenti ilə bağlı təşkil etdiyi toplantıya çempionatda təmsil olunmayan motor istehsalçılarını da toplayıb. Allsport.az saytı xəbər verir ki, iyulun əvvəlində baş tutmuş toplantıda “Aston Martin” rəhbərliyinin nümayəndələri də iştirak ediblər. Onlar 2021-ci ildən qüvvəyə minəcək yeni motor reqlamenti ilə maraqlanıblar. F-1.az-a görə, şirkətin icraçı direktoru Əndi Palmer 50 illik fasilədən sonra formula1-ə qayıtmağı istisna etmir:
“Biz “Red Bull Technology” və “Ədrian Nyui” ilə “Valkyrie” idman maşınının hazırlanmasında əməkdaşlıq edirik, ona görə də artıq formula1 çevrəsindəyik. Gəlin özümüzə belə bir sual verək: xüsusi bir zavod komandası yaratmağın mənası varmı? Bizim əsas rəqibimiz “Ferrari”dir, onda görə də belə bir addım daha məntiqli görünür. Amma bizim Ferrari kimi hər mövsüm yarım milyard avro vəsait xərcləməyə resursumuz yoxdur. Lakin, əgər biz motorun hazırlanmasına və münasib qiymətə başqa komandalara satılmasına vəsait tapsaq, onda bu imkanı nəzərdən keçirəcəyik.
İnkişaf düzgün istiqamətdə gedir. Hamı razıdır ki, formula1-i daha baxımlı etmək üçün nə etmək lazımdır. Motorlar əvvəlki kimi daha gursəsli olmalıdırlar ki, azarkeşləri cəlb edə bilsinlər. Biz bugünkü güc qurğularının effektivliyini saxlamaqla, onların maya dəyərini aşağı salmalıyıq. Bu fikri hamı dəstəkləyir. Bunu necə etməliyik – indi müzakirə olunan sual budur. Amma tezliklə FİA və komandaların inkişaf yolunu konkret müəyyən etməyin vaxtı çatacaq.
Sentyabrda bizim daha dəqiq məlumatlarımız olacaq. Mən heç bir vaxt adi sponsorluğun tərəfdarı olmamışam və texniki əməkdaşlığı daha cəlbedici hesab edirəm. Hazırda bizim “Valkyrie” üzərində belə bir əməkdaşlığımız var. Lakin öz texnologiyalarımızı daha genişmiqyaslı bir layihədə istifadə edə bilsək, çox yaxşı oalr…”