Aston Martin rəhbəri: “Alonso yanacaq sistemində problem olduğundan şübhələnirdi”

“Aston Martin” Kanada qran prisində Fernando Alonsonun avtomobilində problem olduğundan şübhələnib.

Allsport.az xəbər verir ki, bu barədə komandanın lideri Mayk Krak danışıb. Yarış zamanı Alonsonun mühəndisi ispaniyalının ayağını qaz pedalından qaldırmasını təkid edib. İkiqat Formula-1 çempionu həftəsonunu ikinci yerdə başa vurub.

“Alonso yarışın təxminən üçdə birindən sonra yanacaq sistemində problem olduğundan şübhənirdi. Biz risk etməmək qərarına gəldik, çünki belə hallarda ən başlıcası maşını finişə çatdırmaq və əlimizdə olanı saxlamaqdır” – Krak bildirib.

Həmin kateqoriyadan