“Aston Martin”in ehtiyat sürücüləri

“Aston Martin” Formula-1 komandası 2026-cı il mövsümü üçün ehtiyat sürücü heyətini rəsmən açıqlayıb.

Allsport.az xəbər verir ki, Britaniya təmsilçisi həm təcrübəli, həm də gənc istedadlardan ibarət balanslı bir heyət qurmağa qərar verib:

33 yaşlı belçikalı Stoffel Vandorn sürücü komandada test, simulyator və ehtiyat pilot rolunu qoruyub saxlayır. O, 2026-cı ildə eyni zamanda “Pejo” komandası ilə dözümlülük yarışları üzrə dünya çempionatında (WEC) hiperkar sinfində mübarizə aparacaq.

20 yaşlı amerikalı sürücü Cek Krouford komandanın üçüncü pilotu təyin edilib. Krouford 2025-ci il mövsümündə Formula-2-də DAMS komandasının heyətində İtaliya təmsilçisi Leonardo Fornaroliyə 36 xal fərqi ilə uduzaraq vitse-çempion olmuşdu. O, 2026-cı ildə bütün qran-prilərdə komandanın ehtiyat variantı kimi hazır vəziyyətdə olacaq.

Həmin kateqoriyadan