Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, Şüvəlanda qadınlar mübarizə ilə başlayıb. Mükafatlar uğrunda paytaxt və bölgələrimizi təmsil edən 80-ə yaxın idmançı çıxış edir.

Ölkə çempionatının açılış mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan respublikasının ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firdovsi Umudov federasiya rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikamızda idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb, ölkədaxili yarışların önəmindən danışıb. O qeyd edib ki, olimpiya təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.

İlk yarış günü qadınların mübarizəsində VI İslam həmrəyliyi oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq-da qalib adını qazanıb. O, 2 hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.

Türkanə Eminova 58 kq-da 120 kq (57 kq + 63 kq) ağılığın öhdəsindən gələrək qalib olub. Milena Hüseynli 63 kq çəkidə 98 kq (43kq + 55 kq) göstərici ilə 1-ci yer tutub.

Həmin kateqoriyadan