- Baxış sayı: 9
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Dünən premyer liqanın 24-cü turunda “Azərsun arena”da “Qarabağ”la oyunda zədələnmiş “Neftçi”nin futbolçusu Ata Cabir müayinədən keçib. Allsport.az saytı xəbər verir ki, klubun baş həkimi Şaiq Zöhrablı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:
“Ata Cabir oyun zamanı diz qapağından aşağı 6-7 sm uzunluğunda kəsilmiş-deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur.
Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 2 həftədən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.