- Baxış sayı: 25
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev istefa verib. Bu barədə allsport.az saytına etibarlı mənbədən məlumat verilib. Bildirilib ki, o, verdiyi vədlərə əməl etmədiyindən, qurumun daxilində və AFFA-da ona qarşı narazılıq yaranıb.
Bu azmış kimi, 2014-cü ildə, ilk dəfə tələbələrdən ibarət yığma komanda Avropa və dünya çempionatında iştirak etməyib. Gərginliyin artdığını görən təşkilat rəhbəri çıxış yolunu könüllü olaraq vəziyəsindən ayrılmaqda görüb.
Əldə etdiyimiz başqa bilgiyə görə, federasiya əməkdaşları 6-7 aydır maaş almırlar. Qeyd edək ki, Fazil Qarayev Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti və qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayevin qardaşıdır.
Onun yerinə Azərbaycan Futbol Hakimləri Birliyinin sədri, AFFA İcraiyyə Komitəsinin yeni üzvü Firudin Qurbanovun gələcəyi ehtimal olunur.