- Baxış sayı: 35
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb.
Bununla da o, Azərbaycan atletika tarixində 8 metr həddinə çatan 2-ci idmançı olub. Rekord 1978-ci ildə 8.03 metr göstəricisinə nail olan Vladimir Çepelyova məxsus idi.
Kəsgin Abbaszadə 7.83 m nəticə ilə ölkə çempionatında 2-ci yeri tutub. Bu göstərici ilə Abbaszadə U-20 və U-23 Azərbaycan rekordununa sahib çıxıb. Kəsgin bu yaş kateqoriyalarında Vladimir Çepelyovun 1975-ci ilə aid 48 illik rekordunu yeniləyib.