Atletika üzrə Bakı şəhər çempionatında 115 idmançı mübarizə aparıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib. Allsport.az xəbər verir ki, çempionatda 115 idmançı iştirak edib.

Kişilər arasında üçtəkanla tullanmada Nazim Babayev, 400 metr məsafəyə qaçışda Hakim İbrahimov, şüvüllə tullanmada Şimşək Əlizadə (hər üçü Neftçi İKİB), 300 metr məsafəyə qaçışda Andrey Aranoviç (Məhsul İC), uzunluğa tullanmada Kamil Əliyev (Neftçi İKİB), yadro növü üzrə Tofiq Məmmədov (Təhsil RİM), 200 metr məsafəyə qaçışda Kamran Əsgərov (BTİ), 1500 metr məsafəyə qaçışda Tofiq Bağırov (Təhsil RİM), 60 metr məsafəyə qaçışda Pərviz Ağazadə (AAF), 60 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov (Ümid İK) ilk sırada qərarlaşıblar.

Qadınlar arasında qaçışda isə Aidə Hacıyeva (1500 metr, Neftçi İKİB), Adilə Məmmədova (400 metr, Spartak İC), Valeriya Balyanina (60 metr, Neftçi İKİB), Rəqsanə Rəcəbli (800 metr, BTİ), yadro növü üzrə Elnarə Ələsgərova (Təhsil RİM) birinci yerlərə layiq görülüblər.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Həmin kateqoriyadan