- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

İyunun 1-də gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 27-ci beynəlxalq memorialı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Tacikistan və Oman idmançıları da mübarizə aparacaq.
Memorial Paris-2024 yay olimpiya oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından əhəmiyyət kəsb edir. Bakıda ADBTİA-nın stadionunda baş tutacaq yarışın açılış mərasimi saat 16:00-da keçiriləcək.