- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

İstedadlı atletlərin təyin olunması layihəsi Şamaxıda 2 saylı orta məktəbdə baş tutub. Allsport.az saytı xəbər verir ki, 3 müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları sınaqdan keçiriliblər.
50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə 3 növün cəminə görə 10 qız və 10 oğlan həmçinin, hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılıb.
Yarışlardan əldə olunan nəticələrə əsaslanan ekspert qrupunun üzvləri uşaqların atletikaya olan marağını yüksək qiymətləndiriblər.