- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

Azərbaycan atletləri Özbəkistanın Daşkənd şəhərində keçirilən açıq mərkəzi Asiya çempionatının ikinci günündə uğurlu çıxış ediblər.
Allsport.az xəbər verir ki, Rüstəm Məmmədov üçtəkanla tullanmada 1-ci yeri tutub.
Təmsilçimiz 15,93 metr nəticə göstərərək, bütün rəqiblərini arxada qoyub. Yığmamızın daha bir üzvü Cabir Əliyev (15,21 m) 7-ci yeri tutub.
Qeyd edək ki, çempionatın ilk günündə Nazim Babayev uzunluğa tullanmada 2-ci olub.