- Baxış sayı: 35
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan atletləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında iştirak ediblər.
Allsport.az xəbər verir ki, turnir Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyıb.
Yarışın ilk günündə uzunluğa tullanma növündə Nazim Babayev 7.56 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Orxan Aslanov eyni kateqoriyada 3-cü olub.
100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva 1-ci yeri tutub. Kişilər eyni məsafəyə yarışında isə Əlhəm Nağıyev 2-ci nəticə göstərib.
Antalyada keçirilən beynəlxalq atmalar kubokunda isə İsmayıl Əliyev uğurlu nəticəyə imza atıb. O, nüvəitələmədə 16.59 metr göstərici ilə 3-cü yeri tutub. Lisenziya xarakterli bu yarışda Azərbaycan, Moldova, Bəhreyn, Əlcəzair və Türkiyədən atletlər iştirak edib.
Qeyd edək ki, atletlərimiz qazandıqları nəticələrə uyğun lisenziya xalları toplayıblar.