Bilal 3 qolla “Qəbələ”nin tarixinə adını yazdırdı

Bilal Auaşeriya, bölgə klubunun tarixinə bir oyunda üç qol vuran 6-cı futbolçu kimi düşüb. Allsport.az xəbər verir ki, 29 yaşlı ərəb əsilli fransalı yarımmüdafiəçi Azərbaycan premyer liqasının XIV turunda fərqlənib.

O, “Turan Tovuz”la ev oyununda het-trikə imza atıb. 1-ci hissədə 1, fasilədən sonra 2 dəfə rəqib qapısına yol taparaq “qara-qırmızılar”ın 4:0 hesablı qələbəsində pay sahibi olub.

Ona qədər Elmar Baxşıyevin komandasının 5 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə 6 il əvvəl kubok oyununda Filip Ozobiç imza atıb.

Ümumiyyətlə, 6 het-trikdən biri Avropa liqası, üçü premyer liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayevlə, Filip Ozobiç kubokda fərqlənibsə, çempionatda Bilala qədər yalnız Fərzad Hatəmi və Baqali Dabo het-trik müəllifi olub. Het-triklərdən 4-ü ev, 2-si səfər matçında qeydə alınıb.

Həmin kateqoriyadan