- Baxış sayı: 147
- 16 Mart 2026 13:49
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Formula-1-in “Audi” komandasının rəhbəri Conatan Uitli gözlənilmədən vəzifəsini tərk edib.
Allsport.az xəbər verir ki, bu qərar 2026-cı il mövsümünün gedişində, cəmi iki yarışdan sonra qəbul olunub.
Onun gedişindən sonra “Audi”nin idarəçiliyi tamamilə Mattia Binottoya keçib. Binotto həm “Audi F1” layihəsinin rəhbəri, həm də komanda direktoru funksiyalarını icra edəcək.
Uitleynin yeni iş yeri isə böyük ehtimalla “Aston Martin” olacaq. Məlumata görə, o, burada komanda rəhbəri postunda əfsanəvi mühəndis Adrian Nyuini əvəzləyəcək. Nyuinin isə “Aston Martin”də sırf texniki məsələlərə və maşının dizaynına fokuslanacağı, komandanın idarəçilik yükündən azad olacağı gözlənilir. Uitli və Nyui uzun illər “Red Bull” komandasında birlikdə çalışaraq böyük uğurlara imza atıblar.