AVF-nin “2-ci dərəcə” məşqçi sertifikatını alanlar

Azərbaycan voleybol federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb. Allsport.az saytı xəbər verir ki, “2-ci dərəcə” məşğələsi Bakıda keçirilib və Beynəlxalq voleybol federasiyasının (FİVB) məşqçi-müəllimi Çingiz Axarçeşmə tərəfindən aparılıb.

Kursda AVF-nin “1-ci dərəcə” mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib. Yekunda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər 2 imtahanı uğurla keçənlər AVF-nin “2-ci dərəcə” məşqçi sertifikatını alıblar.

Həmin kateqoriyadan