- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda 4 oyunu keçiriləcək.
Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final görüşləridir. UEFA-nın elan etdiyi təqvimə əsasən, paytaxtda “A” qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq.
1/4 final mərhələsinin BOS-da qarşılaşması isə iyulun 4-də keçiriləcək.