Avro-2020-nin ev sahibi Bakıda personajların keçidi

Avro-2020-nin qrupunda 3 və 1/4 finalında 1 oyununa ev sahibliyi edəcək Bakıda iyunun 10-da personajların keçidi olub. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev mərkəzinin qarşısında parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.

Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 8-dən 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.

Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edəcək hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı olimpiya stadionu “A” qrupunda İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 noyabr) və Türkiyə – İsveçrə (20 iyun) qarşılaşmalarına, eləcə də 1/4 finalın 1 oyununa (3 iyul) ev sahibliyi edəcək.

Həmin kateqoriyadan