- Baxış sayı: 13
- 24 Aprel 2025 12:50
- Baxış sayı: 45
- Aprel 24, 2025
- 0
Almaniyanın ev sahibliyi etdiyi Avro-2024-də qrup oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, “F” qrupunda 3-cü turda Gürcüstan gözlənilmədən Portuqaliyaya 2:0 qalib gəlib.
Azərbaycanın da maraqla və həyacanla izlədiyi Türkiyə millisi çexlərlə oyunda ilk 20 dəqiqədə üstünlüyə yiyələnib. Rəqib futbolçu 2-ci sarı kartı alaraq komandasını azlıqda qoyub.
Bunun məntiqi nəticəsi kimi, “ay-ulduzlular” 51-ci dəqiqədə İlxan Calxanoğlu ilə irəli çıxıb. Hesabda geri düşən Çex millisində 3 dəqişiklik bəhrəsini verib. 66-cı dəqiqədə Tomas Soucek hesabı bərabərləşdirib.
Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 6-cı dəqiqənin 4-cüsündə Cəng Tosun tağımını yenidən irəli çıxarıb.
Portuqaliya 6 xalla qrupda 1-ci olub. Eyni xala malik Türkiyə 2-ci pillədə qərarlaşıb. Gürcüstan 4 xalla 3-cü, çexlər 1 xalla sonuncu sırada qalıb.