- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Türkiyənin Gürcüstanla oyunun əsas qəhrəmanı 19 yaşlı vunderkind Arda Gülər olub.
Allsport.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi 65-ci dəqiqədə möhtəşəm zərbə vurdu və nəticədə komandası 3:1 qalib gəldi.
Arda üçün bu matç təbii ki, Avro-da debüt oldu. Lakin bu, onun rekorda imza atmasına və Kriştianu Ronaldunun özünü keçməsinə mane olmadı. Gülər Avropa çempionatında debüt edən tarixdə qol vuran ən gənc oyunçu olub. O, qolu 19 yaş 114 günlüyündə qeyd edib və 2004-cü ildə 19 yaş 128 gündə Yunanıstana qol vuran Krişin nailiyyətini ötüb.
Tarixi qolu ilə milyonlarla soydaşını sevindirən Arda ən çox Almaniyada ona dəstək olmağa gələn sevgilisi görünür.
Duru Naimanla tanış olun. Onun 18 yaşı var, o, həm də Türkiyədəndir.
Gülərin sevgilisi digər top-futbolçuların rəfiqələri kimi deyil. Onu dəbdəbə cəlb etmir, reklamdan qaçır, mediadan gizlənir, sosial şəbəkələrini qapalı saxlayır və sevdikləri ilə vaxt keçirməyə üstünlük verir.