- Baxış sayı: 18
- 27 Noyabr 2024 23:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:1) sonra, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Oyunun çətin keçəcəyini bilirdik. Həm süni meydanda oynayırdıq, həm də “Şamaxı” ev oyunlarında çox iddialı olur. Komandamı təbrik edirəm. Futbolçular əlindən gələnin ən yaxşısını etdi və layiqli qələbə qazandıq.
Avrokuboklara qatılacağımıza ilk gündən inanırdıq. Futbolçular da bu inamı mövsümün əvvəlindən öz oyunları ilə bizə verirdi. Əlbəttə enişlərimiz də olurdu. Klub olaraq daha yaxşısına inanırdıq. Komandanı təbrik edirəm.
Bu kollektiv daha yaxşısına layiqdir. Bu komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı, daha iddialı olacağıq”.