- Baxış sayı: 41
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

Avropa liqasının 1/8 final mərhələsinin “Roma” – “Brayton” oyunundan əvvəl xoşagəlməz hadisələr yaşanıb.
Allsport.az xəbər verir ki, qonaq komandanın 2 azarkeşi silahlı hücuma məruz qalıb.
Hadisə İtaliya paytaxtı Romanın mərkəzində baş verib. 28 və 29 yaşında iki fanat qarət olunub və bıçaqlanıb.
Britaniyalılar yardım üçün yaxınlıqdakı restorana müraciət ediblər. Zərərçəkənlər bildiriblər ki, onlara hücum çəkən bir qrup şəxs sənədlərini və pullarını alıb. Yaralanan qonaqlar xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara əsasən, hadisə “Roma” azarkeşləri ilə bağlı deyil