- Baxış sayı: 3
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” avroliqanın qrup mərhələsinin son turunda İtaliya “Fiorentina”sına, “Qəbələ” Almaniya “Maynts”ına uduzmaqla mövqeyini itirib.
Ölkə çempionu 105-ci pilləyə enib. “Qarabağ”ın hesabında hazırda 18,050 xal var. Onun qrupunda yer alan “Fiorentina” 24-cü (65,999), PAOK 58-ci (33,880), “Slovan” isə 84-cüdür (25,095).
“Qəbələ” 3 pillə geriləyərək 185-ci sıraya düşüb. Komandamızın hesabında 7,800 reytinq xalı var. Bölgə təmsilçisinin qrupunda yer alan Belçika “Anderlext”i 37-ci (49,600), Fransa “Sent-Etyen”i 56-cı (35,099), Almaniya “Maynts”ı 87-cidir (23,299).